BAKIDA MAŞIN İCARƏSİ ŞƏRTLƏRİ

Şirkətimizdə minimum icarə müddəti 2 gündən başlayır. İcarəyə götürmə müddəti köçürmə aktı imzalandıqdan sonra hesablanır.

Ödəniş tam olaraq avtomobil alındıqdan sonra əvvəlcədən ödənilir. Avtomobilin pulunu ödəməkdən əlavə 200 AZN depozit tələb olunur. Depozit nağd şəkildə ödənilir, avtomobilin ödənişi isə nəğd və ya kredit kartı (VISA/MASTERCARD) ilə həyata keçirilir.

  • Nəqliyyat vasitəsinin istismarına yalnız Azərbaycan Respublikasının hüdudlarında icazə verilir.

Vacib ŞƏRTLƏR:

  • Avtomobili icarəyə götürən şəxsin yaşı 24-dən yuxarı olmalıdır;
  • Avtomobili icarəyə götürən şəxsin ən azı 2 il sürücülük təcrübəsi olmalıdır;
  • “Yol hərəkəti haqqında” 19 may 2022-ci il tarixli Qanunun 35.1-ci maddəsinə əsasən, xarici ölkə vətəndaşları və Azərbaycan vətəndaşları 1 ay müddətinə xaricdə alınmış sürücülük vəsiqəsi olduqda nəqliyyat vasitələrini ölkə daxilində idarə etmək hüququna malikdirlər. 1 aydan çox qalmaq üçün yerli sürücülük vəsiqəsi almalısınız.

Xərclər avtomobil icarəsi qiymətinə daxildir:

  • Avtomobil icarəsi dəyəri;
  • Kasko sığortası (qəza, üçüncü şəxslərə dəyən zərər);
  • İcbari sığorta.

Xərclər avtomobil icarəsi qiymətinə daxil deyil:

  • Yuma haqqı;
  • Yanacağın qiyməti;
  • Dayanacaq qiyməti;
  • Avtomobil icarəsi dəyəri